EN

Moldova millisinə yeni baş məşqçi təyin edildi

Moldova millisinin yeni baş məşqçisi müəyyənləşib.

"Unikal" Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Lilian Popesku gətirilib. Onunla imzalanacaq müqavilənin detalları açıqlanmayıb.

Moldova yığmasını son olaraq 53 yaşlı mütəxəssis Sergey Kleşenko çalışdırıb.

Komanda bu ay DÇ-2026-nın I qrupunda keçirdiyi hər iki oyunda məğlub olub.

Chosen
21
unikal.az

1Sources