EN

Pirallahı qəsəbəsinin bəzi ərazilərində qaz olmayacaq

Sabah Pirallahı qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan verilən məlumata görə, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar 17.09.2025–ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Məlumata görə, Qaz təchizatı dayandırılan müddətdə Pirallahı qəsəbəsi, Fioletov, S.Vurğun, S.Bağırov küçələrinin və 40-cı məhəllə adlanan ərazinin qaz təchizatında fasilə yaranacaq.

"Cebheinfo.az"

Chosen
1
36
cebheinfo.az

10Sources