EN

Solovyov 340 milyon mənimsəyib –Araşdırma başladı

Rusiya İstintaq Komitəsi teleaparıcı Vladimir Solovyovun 340 milyon rubldan çox dəyəri olan daşınmaz əmlakı ilə bağlı araşdırmaya başlayıb.

Axar.az  xəbər verir ki, bu barədə "Razvedçik" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının diqqəti teleaparıcının "Solovyov Layf" media layihəsi ilə bağlı maliyyə axınlarını öyrəndikdən sonra onun şəxsi aktivlərinə yönəldilib:

"Kanalın fəaliyyətini dəstəkləmək üçün ayrılan vəsaitin bir hissəsinin qanunsuz mənimsənilməsi ehtimalı var. İlkin araşdırma zamanı məlum olub ki, Solovyov Moskvada bir sıra saxta şirkətin vasitəsilə qeydiyyatdan keçmiş bir neçə daşınmaz əmlaka malikdir. Bu aktivlərin ümumi dəyəri 340 milyon rubldan çox qiymətləndirilir. Hazırda İstintaq Komitəsi mümkün oğurluq və çirkli pulların yuyulması hallarını müəyyən etmək üçün bu şirkətlərlə kanalın maliyyə əməliyyatları arasında əlaqələri təhlil edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
4
olaylar.az

5Sources