Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki ilk oyununu səfərdə "Benfika"ya (Portuqaliya) qarşı keçirəcək. Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusu Vüqar Nadirovla əlaqə saxlayıb bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq görüşdən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Benfika"nın hansı "çəki"də komanda olduğu məlum məsələdir. Pley-offda "Fənərbağça"nı mübarizədən kənarlaşdırmış komanda ilə üz-üzə gələcəyik. Komandamız bu rəqiblə səfərdə qarşılaşacaq. Realist olmaq lazımdır, "Qarabağ"ın ÇL-in Liqa mərhələsində oynamaq hüququ qazanması çox böyük uğurdur. Əlbəttə, hamımız "Qarabağ"ın uğurlu nəticə ilə bizləri sevindirməsini istəyirik. Ağdam təmsilçisi əvvəllər də "Benfika" səviyyəli rəqiblərə qarşı inamlı oyun və yaxşı nəticələrlə yadda qalıb. "Atletiko Madrid", "Bayer Leverkuzen" və Milan "İnter"i ilə yaddaqalan matçlar keçirmişik. Bu dəfə də "Qarabağ"ın layiqli mübarizə aparacağını düşünürəm. Əsas məsələ müdafiədə etibarlı oynamaq və qol vəziyyətlərini dəyərləndirməkdir. Bu matç hər şeydən öncə bir futbol bayramıdır. "Qarabağ"a uğurlar arzulayıram".
Nihat
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.