EN

Pakistanlı gənc azərbaycanlı həyat yoldaşını axtarır

Humza adlı pakistanlı gənc Nərmin adlı azərbaycanlı həyat yoldaşını axtarır.

Far.Az xəbər verir ki, o həyat yoldaşını tapmaq üçün aparıcı Xoşqədəm Hidayətqızının verilişi "Səni axtarıram"a müraciət edib.

Humzanın sözlərinə görə o, 2023-cü ildə Bakıda "Kaspi Universiteti"nə qəbul olub, burada hosteldə qalanda isə Nərmin adlı qızla tanış olub.

Onlar bir-birini sevib, bir il sonra ailə qurublar.

Bir müddət keçdikdən sonra Humzanın vizasında problem yaranır və o öz ölkəsinə, Pakistana qayıtmalı olur. Həmin vaxt Nərminlə əlaqə nömrəsini də itirir və bir daha onunla əlaqə saxlaya bilmir.

Ətraflı videoda:

Chosen
17
1
far.az

2Sources