Bakı, 16 sentyabr, AZƏRTAC
Artan sərnişin tələbatını qarşılamaq üçün “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 20 sentyabrda Bakı–Ağstafa, 21 sentyabrda isə Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
ADY-dən AZƏRTAC-a bildirilib ki, Bakı-Qazax-Bakı qatarları ilə, ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.
Hərəkət cədvəli və biletlərlə bağlı məlumatı (www.ady.az) rəsmi saytından, “ADY Mobile” tətbiqindən, dəmiryol kassalarından və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənmək mümkündür.