EN

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirlik işçilərinin vergitutma məsələləri müzakirə edilib

 Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirlik işçilərinin vergitutma məsələləri, bu sahədə mövcud qanunvericilik tələbləri və onların tətbiqi müzakirə edilib.

Missiya.Az xəbər verir ki, bu məsələ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşündə müzakirə edilib.

Görüş zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud dostluq və əməkdaşlıq münasibətləri, eləcə də ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Qeyd edilib ki, ölkələr arasında tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. 

Chosen
33
1
missiya.az

6Sources