EN

DİN-in Hərbi İnstitutunda andiçmə mərasimi keçirilib - VİDEO

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda kursantların hərbi andiçmə mərasimi keçirilib.

Bu barədə Moderator.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət himni ifa edilib.

Daxili qoşunların komandanının müavini general-mayor İnqilab Muradov tədbir iştirakçılarını salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbrik və tövsiyələrini şəxsi heyətə çatdırıb.

Qeyd olunub ki, Daxili Qoşunların döyüş yolu, tarixi əməliyyatlarda iştirakı, şəxsi heyətin xüsusi qəhrəmanlıqları və vətən müdafiəsində verdikləri töhfələr dövlətimizin tarixində şərəfli səhifələrdən biridir.

Hərbi İnstitutun rektoru general-mayor Elçin Məmmədov çıxış edərək müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadr hazırlığının həyata keçirilməsi ilə bağlı tələblərin, əmr və göstərişlərin bundan sonra da yüksək səviyyədə yerinə yetiriləcəyini vurğulayıb.

Daha sonra kursantlar Vətənə sədaqət andı içiblər.

Mərasim şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.

 

Chosen
38
15
moderator.az

10Sources