ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna lideri Vladimir Zelenski bir razılaşmaya getməli olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ başçısının sözləri Clash Report portalı tərəfindən sosial şəbəkə X-də paylaşılıb.
Yayımlanan məlumatda razılaşmanın dəqiq mövzusu açıqlanmayıb. Lakin hazırkı beynəlxalq vəziyyəti nəzərə alaraq, söhbətin Ukrayna və Rusiya arasında münaqişənin həllini nəzərdə tutan razılaşmadan getdiyi ehtimal olunur.
Bundan əvvəl Reuters agentliyi xəbər verib ki, Donald Tramp Ukrayna hakimiyyətini Rusiya ilə münaqişənin dayandırılması barədə razılaşma bağlamağa çağırıb. ABŞ prezidentinin fikrincə, Ukrayna buna məcburdur, çünki “Rusiya çox böyük dövlət, Ukrayna isə yox”.
16 sentyabrda ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Tramp gələn həftə Nyu-Yorkda Zelenski ilə görüş keçirə bilər.
Nuriyyə NATİQQIZI