EN

Elm və Təhsil Nazirliyinə 66 213 vətəndaş müraciəti daxil olub

Sentyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 66 213 vətəndaş müraciəti daxil olub...

Bu barədə Poliqon-a Elm və Təhsil Nazirliyi məlumat verib.

Müraciətlərin 45 834-ü çağrı mərkəzləri, 9 597-si elektron, 1 445-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 9 337 müraciət qeydə alınıb.

Qeyd olunub ki, müraciətlər müəllimlərin işə qəbulu, peşə təhsili müəssisələrinə qəbul, xarici diplomların tanınması, təhsil tələbə kreditinə elektron müraciət və digər məsələlərlə bağlı olub.

Poliqon.info

Chosen
11
5
poliqon.info

6Sources