EN

Tramp: Zelenski razılığa gəlməli olacaq

ABŞ prezidenti Donald Tramp deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəyə son qoymaq üçün razılığa gəlməli olacaq.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərlə söhbəti zamanı bildirib.

Trampdan Zelenski ilə sentyabrın 22-dən 30-dək BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin keçiriləcəyi Nyu Yorkda görüşəcəyi təqdirdə ona nə deyəcəyini soruşublar.

“O, hərəkətə keçməli və razılaşmalı olacaq. O, razılaşmalı olacaq. Zelenski sövdələşməyə getməli olacaq. Avropa isə Rusiyadan neft almağı dayandırmalıdır”, - Tramp bildirib.

O, həmçinin əlavə edib ki, Zelenski və Rusiya diktatoru Vladimir Putin bir-birinə nifrət edirlər.

"Və belə görünür ki, mən onlarla eyni otaqda oturmaq məcburiyyətində qalacağam, çünki onlar bir otaqda otura bilməzlər. Orada böyük nifrət var", - Amerika lideri bildirib.

QAZİLER.AZ

Chosen
10
2
qaziler.az

10Sources