EN

Qlobal İnnovasiya İndeksi – 2025 dərc olunub

Bakı. Trend:

2025-ci il üçün “İnnovasiyalar yolayrıcında: gələcəyin müəyyənedilməsi” adlı Qlobal İnnovasiya İndeksi (Qİİ)innovasiya fəaliyyəti, investisiya axınları, elmi əməkdaşlıq vəqabaqcıl texnologiyaların yayılması ilə bağlı unikal baxış təqdimedir. Bu, ABŞ-ın Portulans İnstitutuÜmumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgənəşr etdikləri sayca 18-ci buraxılışdır və 139ölkənin iqtisadiyyatını əhatə edərək onların innovasiya sahəsindəkigüclü və zəif tərəflərini göstərir. 2007-ci ildən bəri Qİİ ölkələrüçün innovasiya fəaliyyətinin qiymətləndirilməsində, siyasətlərintəkmilləşdirilməsində və onların effektivliyinin artırılmasındadəyərli istinad mənbəyi olmuşdur. BMT-nin Baş Assambleyası Qİİ-nielm, texnologiya və innovasiya sahəsində siyasətlərin davamlıinkişaf məqsədlərinə uyğun ölçülməsi üçün etibarlımüqayisəli analiz aləti kimi tanıyır.

Trend xəbər verir ki, cariilin Qİİ reytinqi innovasiya fəaliyyətinin potensialı, nəticələrivə institusional mühitini əhatə edən 80 indikator-göstəriciəsasında hazırlanıb. Bu indikator-göstəricilərqanunvericilik, elm və təhsil sahələrindən tutmuş bazar inkişafı,biznes, infrastruktur və s. kimi geniş spektrdə məlumatları özündəbirləşdirir. Qİİ-nin nəşrinin əsas məqsədi ölkələrin innovasiyamexanizmlərinin effektivliyini qiymətləndirməyə imkanyaratmaqdır.

Gİİ-2025-in lideri İsveçrədir, onun ardınca İsveç, AmerikaBirləşmiş Ştatları, Koreya və Sinqapur gəlir. Ən innovativ onölkələr sırasında həmçinin Böyük Britaniya, Finlandiya, Niderland,Danimarka və Çin yer alır.

Postsovet məkanında ən yaxşı nəticələri Estoniya (16-cı yer),Litva (33-cü yer) və Latviya (41-ci yer) göstərib. Rusiya 60-cıyerdədir, Azərbaycan isə 2024-cü illə müqayisədə göstəricilərinibir pillə yaxşılaşdıraraq 2025-ci ildə 94-cü yeri tutub.

2025-ci il üzrə Qİİ reytinqi innovasiya fəaliyyətini əks etdirən80 indikator-göstəricini özündə birləşdirən 7 qrupdan ibarətdir vəiki əsas nəticəvi subindekslə ifadə olunur: “innovasiya resursları”və “innovasiya nəticələri”.

“İnnovasiya resursları” subindeksi milliiqtisadiyyatda innovasiya proseslərinin baş verdiyi sahələri 5 qrupüzrə qiymətləndirir: 1 – institutlar; 2 - insan kapitalı və elm; 3– infrastruktur; 4 – bazarın inkişaf səviyyəsi (mürəkkəbliyi) və 5– biznesin inkişaf səviyyəsi.

“İnnovasiya nəticələri” subindeksi innovasiya fəaliyyətininfaktiki nəticələrini iki qrupa ayıraraq əks etdirir: 6 - bilik vətexnologiyaların nəticələri və 7 – kreativ (yaradıcı) fəaliyyətinnəticələri.

Azərbaycanın güclü tərəfləri kimi Qİİ-nin tərtibatçı-ekspertləriaşağıdakıları qeyd edirlər:

“İnstitutlar” subblokunun 3 indikator-göstəricisi üzrə: -Sahibkarlıq siyasəti və mədəniyyəti, Biznesin aparılmasısiyasətinin sabitliyi, Biznesin əməliyyat sabitliyi;

“İnsan kapitalı və elm” subblokunun 2 indikator-göstəricisi üzrə- Orta məktəbdə şagird-müəllim nisbəti, Elm və texnologiyasahəsində məzunlar;

“Biznesin inkişaf səviyyəsi” subblokunun 2 indikator-göstəricisiüzrə - Klasterlərin inkişaf vəziyyəti; Universitetlərlə sənayearasında tədqiqat və təcrübi-təkmilləşdirmə sahəsindəəməkdaşlıq;

“Bilik və texnologiyaların nəticələri” subblokunun 2indikator-göstəricisi üzrə - Mənşəyinə görə patentlər, eləcə dəƏmək məhsuldarlığının artımı;

“Bazarın inkişaf səviyyəsi (mürəkkəbliyi)” blokunun 1indikator-göstəricisi üzrə - Startapların və kiçik müəssisələrinmaliyyələşdirilməsi.

Beləliklə, reytinq müəllifləri Azərbaycanın güclü tərəflərisırasında 2-ci yerdən 50-ci yerədək mövqelərdə qərarlaşan onindikator-göstəricisini müəyyənləşdirirlər.

2025-ci ildə Azərbaycan “innovasiya resursları”subindeksi üzrə 76-cı yeri tutmuş və ötən illə müqayisədəöz göstəricilərini 6 pillə yaxşılaşdırmışdır. “İnnovasiyaresursları” subindeksi üzrə Azərbaycan postsovet məkanından olanbir sıra ölkələri qabaqlayır: Ermənistanı (78-ci yer), Ukraynanı(80-ci yer), Moldovanı (89-cu yer), Qırğızıstanı (93-cü yer),Belarusu (102-ci yer) və Tacikistanı (105-ci yer).

“İnnovasiya resursları” subindeksində ölkənin dövlət idarəetməorqanlarının rolunu əks etdirən “İnstitutlar” subblokunun mövqeyikifayət qədər yüksəkdir – 41-ci yer, həmdə əvvəlki illə müqayisədə 10 pillə irəliləyib.“İnstitutlar” subbloku üzrə Azərbaycan postsovet məkanındaLatviyanı (46-cı yer), Özbəkistanı (62-ci yer), Ermənistanı (70-ciyer), Qazaxıstanı (77-ci yer), Moldovanı (91-ci yer), Tacikistanı(102-ci yer), Ukraynanı (108-ci yer), Qırğızıstanı (119-cu yer),Rusiyanı (131-ci yer) və Belarusu (137-ci yer) qabaqlayır.

“İnstitutlar” subblokunda toplanmış “institusional mühit”indikator-göstəricisi (65-ci yer) üzrə, “Müəssisələr üçün operativsabitlik” indikator-göstəricisi 45-ci yeri tutaraqmövqeyini 3 pillə yaxşılaşdırıb, “Hökumətin effektivliyi”indikator-göstəricisi isə 74-cü yeri tutub. Bu indikator-göstəriciüzrə Azərbaycan postsovet məkanında Özbəkistanı (90-cı yer),Ermənistanı (82-ci yer), Moldovanı (81-ci yer), Tacikistanı (116-cıyer), Ukraynanı (94-cü yer), Qırğızıstanı (122-ci yer), Rusiyanı(112-ci yer) və Belarusu (128-ci yer) qabaqlayır.

“İnstitutlar” subblokunun “Biznes mühiti” aqreqasiya olunmuşindikator-göstəricisi olduqca yüksək nəticə göstərərək 3-cüyeri tutmuş və 2024-cü illə müqayisədə 12pillə irəliləmişdir. “Sahibkarlıq siyasəti və mədəniyyəti”indikator-göstəricisi isə 2-ci yeri tutmuşdur.“Biznes aparmaq siyasətinin sabitliyi” indikator-göstəricisi isə20-ci yerdə qərarlaşmışdır.

"İnsan kapitalı və elm" subblokunun "Orta təhsilin dövləttərəfindən maliyyələşdirilməsi" indikator-göstəricisi üzrə67-ci yerdədir, “Orta məktəbdə şagird-müəllimnisbəti” indikator-göstəricisi üzrə yüksək –20-ci, “PISA üzrə oxu, riyaziyyat və təbiətelmləri üzrə nəticələr” indikator-göstəricisi isə70-ci yeri tutmuşdur. “Ali təhsil” aqreqasiyaolunmuş indikator-göstəricisinin “Elm və texnologiya üzrə məzunlar”indikator-göstəricisi üzrə 36-cı yeri tutmuş və2024-cü illə müqayisədə 9 pillə yaxşılaşmışdır. “Tədqiqat vəinkişaf” aqreqasiya olunmuş indikator-göstəricisinin“Tədqiqatçılar” indikator-göstəricisi üzrə 47-ci,“Qlobal korporasiyaların elmə yatırdığı investisiyalar”indikator-göstəricisi üzrə isə 44-cü yeritutmuşdur.

“İnfrastruktur” subblokunun“İnformasiya və kommunikasiya texnologiyaları”aqreqasiya olunmuş indikator-göstəricisi üzrə 70-ciyeri tutur və ötən illə müqayisədə reytinqdə öz mövqeyini14 pilləlik artım göstərmişdir. Bu aqreqasiyaolunmuş indikator-göstəricisinin “Dövlətin onlaynxidmətləri” indikator-göstəricisi üzrə 66-cıyerdədir15 pilləlik yaxşılaşmanümayiş etdirib. “İnfrastruktur” subblokunun“Elektrik enerjisinin istehsalı”indikator-göstəricisi üzrə 70-ci yeri tutur.

Bazarın inkişaf səviyyəsi(mürəkkəbliyi) subbloku üzrə 72-ciyerdədir2024-cü illə müqayisədə mövqeyi 42pillə yaxşılaşmışdır. Bu subblok üzrə Azərbaycan postsovetməkanında Özbəkistanı (74-cü yer), Rusiyanı (76-cı yer),Qırğızıstanı (82-ci yer), Ermənistanı (83-cü yer), Ukraynanı (85-ciyer), Moldovanı (88-ci yer), Qazaxıstanı (93-cü yer), Belarusu(102-ci yer) və Tacikistanı (110-cu yer) qabaqlayır.

Kreditlər” aqreqasiya olunmuşindikator-göstəricisi üzrə yüksək - 37-ciyeri tutmuşdur. “Startapların və kiçikmüəssisələrin maliyyələşdirilməsi” indikator-göstəricisiüzrə isə yüksək – 12-ci yeri tutmuşdur.

“Biznesin inkişaf səviyyəsisubblokunun “Biznes tərəfindən maliyyələşdirilən elmitədqiqatlar” indikator-göstəricisi üzrə 58-ciyeri tutmuş və ötən illə müqayisədə öz mövqeyini 5pillə yaxşılaşmışdır. “İnnovasiya əlaqələri” aqreqasiyaolunmuş indikator-göstəricisinin (60-cı yer)“Klasterin inkişaf vəziyyəti” indikator-göstəricisi üzrə30-cu yeri tutmuş, “Elmi-tədqiqat vətəcrübə-konstuktiv işlər sahəsində universitetlər və sənayearasında əməkdaşlıq” indikator-göstəricisi üzrə - 36-cıyeri tutmuşdur. “Biliklərin mənimsənilməsi” aqreqasiyaolunmuş indikator-göstəricisinin isə “Əqli mülkiyyətə ödəmələr”indikator-göstəricisi üzrə 69-cu yeritutmuşdur.

Mühüm nəticəli subindeks “innovasiya nəticələri” subindeksidir.“İnnovasiya nəticələri” subindeksi 2025-ci ildə 112-ci yeritutmuşdur. "Biliklərin təsiri" aqreqasiya olunmuşindikator-göstəricisinin "Startapların yaradılması"indikator-göstəricisi üzrə 53-cü yeri, "Əməkməhsuldarlığının artması" indikator-göstəricisi isə 55-ciyeri tutmuşdur. Bu indikator-göstərici nəticəverici olub,istehsalata qabaqcıl texnologiyaların tətbiqi, intellektual əməknəticələri və işçilərin peşəkar bacarıqlarının artırılması iləəlaqəlidir.

“Kreativ (Yaradıcı) fəaliyyətin nəticələri” subblokunun “Əyləncəvə media bazarı” aqreqasiya olunmuş indikator-göstəricisi üzrə47-ci yerdədir.

Qİİ-2025-də Azərbaycan üzrə əks olunan əqli mülkiyyətgöstəricilərinə də xüsusi yer ayrılıb. İxtiraçılıq fəaliyyətininstimullaşdırılması milli innovasiya prosesində prinsipialəhəmiyyətli rol oynayır və Qİİ-də “Mənşəyinə görə patentmüraciətləri” indikator-göstəricisi ilə qiymətləndirilir. Sözügedənindikator-göstərici üzrə Azərbaycan 57-ci yerdədir və Qİİ-2025-intərtibatçı-ekspertləri tərəfindən ölkənin 10 aparıcı innovasiyanəticəsi sırasına daxil edilmişdir. Bu indikator-göstərici üzrəAzərbaycan postsovet məkanında Ermənistanı (79-cu yer), Moldovanı(64-cü yer) və Tacikistanı (77-ci yer) qabaqlayır. Qeyd etməklazımdır ki, bu indikator-göstərici üzrə Azərbaycan və Gürcüstan53-58-ci yerlər qrupunda qərarlaşaraq Cənubi Qafqazda liderliyibölüşürlər. Digər mühüm indikator-göstərici “Mənşəyinə görə faydalımodellər” və ya “kiçik patentlər”dir və bu indikator-göstərici üzrəreytinqə görə 38-ci yerdədir. “Rezidentlərin əmtəə nişanlarına dairmüraciətləri” indikator-göstəricisi əqli mülkiyyətin sənayeobyektlərinə bərabər tutulur və Qİİ-2025-də 71-ci yeri tutur.

Yuxarıda göstərilən ixtiraçılıq aktivliyi göstəriciləri iləyanaşı, patent fəaliyyəti ilə bağlı nəticələr də təhlil olunub. Busahədə ən mühüm indikator-göstərici “Patent ailələri”dir.Qİİ-2025-də Azərbaycan bu indikator-göstərici üzrə 75-ci yeri tuturki, bu da ötən illə müqayisədə 16 pillə yüksəkdir. Buindikator-göstərici üzrə Azərbaycan postsovet məkanında Belarusu(76-cı yer), Qazaxıstanı (83-cü yer), Tacikistanı (100-cü yer),Özbəkistanı (100-cü yer) və Qırğızıstanı (100-cü yer) qabaqlayır.“Rezidentlərin PCT üzrə patent müraciətləri” indikator-göstəricisiisə 80-ci yerdə qərarlaşıb.

Qİİ ekspertləri hesab edir ki, ölkəyə vençur kapitalının cəlbedilməsi, xalis birbaşa xarici investisiya axını, ümumi kapitalyığımı, vençur investorlarının ortaq iştirakı, universitet sənayesivə beynəlxalq əməkdaşlıq kimi sahələrin inkişafı Azərbaycandaaktuallığını qoruyur və diqqət mərkəzində saxlanılmalıdır.

Ölkənin Qİİ reytinqində mövqeyinin yaxşılaşdırılması üçünehtiyat imkanlardan biri də hesabatda əksini tapmamış məlumatlarınvaxtında və tam şəkildə təqdim olunması, eləcə də köhnəlmişməlumatların (ölkə göstəricilərinin) yenilənməsidir.

Chosen
44
10
az.trend.az

10Sources