EN

2-ci Liqa: "Qaradağ Lökbatan" "qol yağdırdı", "Göygöl"dən minimal hesablı qələbə

Azərbaycan 2-ci Liqasında 2-ci tur başa çatıb. 

Fanat.Az xəbər verir ki, üç günə sığan tura 2 görüşlə yekun vurulub.

“Göygöl” – “Kür-Araz” oyununun taleyini 1 qol həll edib. Meydan sahibləri sevinən tərəf olublar. 

“Qaradağ Lökbatan” isə “Ağstafa Gəncləri”ni 8 cavabsız qolla yenərək meydana çıxmağına peşman edib.

Azərbaycan 2-ci Liqası
2-ci tur
16 sentyabr

“Göygöl” – “Kür-Araz” 1:0
Qollar: Ü.Cəlilov, 87.

“Qaradağ Lökbatan” – “Ağstafa Gəncləri” 8:0
Qollar: V.Hüseynov, 2; 70. R.Şahmuradov, 13. T.Nəsibov, 19; 81-pen. İ.Zeynallı, 40-pen. R.Orucov, 77; 82. 

Turun qalan oyunlarının nəticələri: 

14 sentyabr 

“Xankəndi” – “Quba” 4:0
“Araz Saatlı” – “Şəki Siti” 12:0

15 sentyabr 

“Şəmkir” – “Dinamo” 3:0
“Ağdaş” – “Şirvan” 0:1

Chosen
31
1
fanat.az

2Sources