EN

“Qarabağ”a müraciət edən olmayıb – Anşlaq gözlənilmir

Sentyabrın 16-da “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində ilk matçına çıxacaq.

Rəqib Portuqaliyanın köklü klublarından olan “Benfika”dır.

Oyun günü stadionda möhtəşəm ab-havanın yaşanacağına şübhə etməyə dəyməz. Yerli azarkeşlər “Estadiu de Luz”u doldurmağa çalışacaq.

Bəs, azarbaycanlı azarkeşlərlə bağlı bə gözlənilir?

Klubdan redaksiyamıza verilən məlumata görə, “Qarabağ” qarşı tərəfdən qonaq tərəfdarlar üçün 500 bilet istəyib. Yəni bu qədər yer bizimkilərə aiddir.

Lakin azarkeş sayının yuxarıdakı rəqəm qədər olacağı inandırıcı görünmür. Çünki bu günə qədər heç bir qrup stadiona kollektiv şəkildə gələcəyinə dair müraciət etməyib.

Görüş saatında arenadakı azərbaycanlı azarkeşlərin sayının ən yaxşı halda 100 civarında olacağını ehtimal edə bilərik. Çünki hazırkı mənzərə başqa cür düünməyə əsas vermir. Başqa cür desək, bizimkilərin ifasında anşlaq gözlənilmir.

Sentyabrın 16-da keçiriləcək “Benfika” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
15
sportinfo.az

1Sources