ain.az, Azertag saytına istinadən bildirir.
Vaşinqton, 16 sentyabr, AZƏRTAC
Mən eşitmişəm ki, HƏMAS qədim “canlı qalxan” sxemindən istifadə etməyə çalışır.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Birləşmiş Krallığa yola düşən zaman jurnalistlərə açıqlamasında deyib.
“Onlar iki gün əvvəl bildiriblər ki, girovlardan canlı qalxan kimi istifadə edəcəklər. Bu, uzun müddətdir edilməyən bir metoddur. Əgər bunu etsələr, HƏMAS-ın böyük problemləri olacaq”, - deyə Tramp bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.