EN

Tramp “The New York Times” qəzetindən 15 milyard dollar istəyir: Qəzeti məhkəməyə verdi 

ABŞ prezidenti Donald Tramp “The New York Times” qəzetinə qarşı böhtan iddiası qaldırıb. Ulusal.az xəbər verir ki, bu barədə dövlət başçısı özünün Truth sosial şəbəkəsində məlumat verib.

Tramp sözügedən nəşri “radikal solçu Demokrat Partiyasının ruporu” və “ölkənin tarixindəki ən pis qəzetlərdən biri” adlandırıb. Onun sözlərinə görə, qəzeti məhkəməyə vermək “böyük şərəfdir”.

ABŞ lideri bildirib ki, 15 milyard dollarlıq iddia Florida ştatında açılıb. Tramp “The New York Times”ı 2024-cü il prezident seçkilərində rəqibi, o vaxtkı vitse-prezident Kamala Harrisə açıq dəstək göstərməkdə, həmçinin ona, ailə üzvlərinə və ətrafına böhtan atmaqda ittiham edib.

Xatırladaq ki, iyul ayında Amerikanın CBS televiziya şəbəkəsi aparıcısı Stiven Kolbertin rəhbərlik etdiyi və prezident Trampı ən sərt tənqid edən proqramlardan biri olan “Gecikmiş Şou”nun bağlandığını elan etmişdi.

Chosen
38
moderator.az

1Sources