EN

Azərbaycan Ordusu ilə bağlı gözlənilməz addım Nələr yaşanır?

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

2026-cı ildə Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri 8,7 milyard manat (təxminən 5,1 milyard ABŞ dolları) təşkil edəcək ki, bu da 2025-ci ilin proqnozuna nisbətən 3,8% çoxdur. Bu artım ümumi dövlət xərclərinin artımı ilə paralel olaraq, təhlükəsizlik sektoruna verilən prioritetin göstəricisidir.

Bəziləri sual edə bilər: Ermənistanla uğurlu sülh danışıqları aparılan bir vaxtda hərbi xərclərin artmasının səbəbi nədir?

Əvvəlcə qeyd etmək lazımdır ki, bu artım Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda mövqeyinin gücləndirilməsi fonunda hərbi modernləşməni sürətləndirmək və təhlükəsizlik sistemlərini təkmilləşdirmək məqsədi daşıyır. Müharibə olmasa belə, ordunun davamlı inkişafı, yenilənməsi, həmçinin baxım və texniki təchizat üçün kifayət qədər büdcə ayrılması vacibdir.

Eyni zamanda, müharibənin olmaması sabahın da təhlükəsiz olacağı anlamına gəlmir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcərdə olarkən deyib ki, “Dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq”.

Xüsusilə İran və Rusiyaya yaxın ərazilərdə gərginlik şəraitində Bakı öz suverenliyini və təhlükəsizliyini xarici və daxili təhdidlərdən qorumağa məcburdur.

Son illərdə Xəzər donanmasının və hərbi hava qüvvələrinin gücləndirilməsinə ehtiyac artır. Fikrimcə, Azərbaycan gələcəkdə peşəkar orduya keçid edəcək. Bu isə mülki vətəndaşların çağırılması ilə formalaşan ordudan daha daimi, təcrübəli və ixtisaslaşmış hərbi struktura keçid deməkdir. Belə bir dönüş isə əlbəttə ki, hərbi xərclərin artması ilə müşayiət olunur.

Bütün bunlar göstərir ki, Azərbaycan gələcəkdə də daxili və xarici təhlükəsizlik məsələlərinə ciddi yanaşır və strateji maraqlarını qorumaq üçün resurslarını artırır. Güclü müdafiə potensialı Azərbaycanın regionda sabitlik və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynamasına imkan verəcək.

Turan Rzayev

Globalinfo.az-ın siaysət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
38
1
globalinfo.az

2Sources