EN

Torpaq davası qanla bitdi - 2 uşağın da olduğu ailə gülləbaran edildi - FOTO

Türkiyənin Batman şəhərində ailə faciəsi baş verib.

Bu vəhşiliyə iki ailə arasında torpaq mübahisəsi və qız qaçırılma məsələsinin səbəb olduğu bildirilir.

Hücumçular Əskəmur kənd yolunda hərəkət edən avtomobilə pusqu quraraq güllə yağdırıblar. 65 yaşlı Mehmet Şanlı, 43 yaşlı həyat yoldaşı Takibe Şanlı, 9 yaşlı qızları Elanur və 6 yaşlı oğulları Akıncan Şanlı hücumda həyatını itirib.

Batman valiliyi hücumla bağlı açıqlamasında saxlanılanların sayının 24-ə yüksəldiyini deyib.

Hadisənin pərdə arxasında iki ailə arasındakı düşmənçiliyin olduğu bildirilir. İddialara görə, iki tərəfin illərdir davam edən torpaq mübahisəsi, eləcə də adam oğurluğu hadisəsi baş verib. Mehmet Şanlının qardaşının davalı ailədən bir qızı qaçırdığı və qızın iki gün sonra ailəsinə qaytarılmasına baxmayaraq, gərginlik davam edib./Milli.az/

 

Chosen
32
3
musavat.com

4Sources