"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan "Çelsi"nin heyətində dəyişiklik edilib.
Bakıvaxtı.az xəbər verir ki, "zadəganlar" mətbuat xidmətinə istinadən xəbər verir ki, zədəli Dario Essuqonun əvəzinə heyətə Fakundo Buonanottenin adı salınıb.
Portuqaliyanın U-21 millisinin sıralarında xəsarət alan Essuqo ötən həftə bud nahiyəsindən əməliyyat olunduğu üçün 20 yaşlı vingerlə əvəzlənib
Qeyd edək ki, "Qarabağ" "Çelsi" ilə ÇL-in 4-cü turu çərçivəsində Bakıda qarşılaşacaq. Oyun noyabrın 4-də keçiriləcək.