EN

Azərbaycanda dəmiryolu nəqliyyatı ilə beynəlxalq yükdaşımalar azalıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dəmiryolunəqliyyatı vasitələri ilə 2,032 milyard ABŞ dolları dəyərində 4,7milyon ton beynəlxalq yükdaşımaları həyata keçirilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyənisbətən dəyər ifadəsində 50,7 milyon ABŞ dolları və ya 2,4%, həcmifadəsində isə 79,8 min ton və ya 1,7% azdır.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan592,9 milyon ABŞ dolları dəyərində 1,8 milyon ton yük ixrac edilibki, bu da illik müqayisədə dəyər baxımından 12,3 milyon ABŞ dollarıvə ya 2%, həcm ifadəsində isə 32,5 min ton və ya 1,7% azalmademəkdir.

Eyni zamanda, cari ilin ilk səkkiz ayında dəmiryolu nəqliyyatıvasitəsilə Azərbaycana 1,4 milyard ABŞ dolları dəyərində 2,8 milyonton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən dəyər ifadəsində 38,4 milyon ABŞ dolları və ya2,6%, həcm baxımıdan isə 47,3 min ton və ya 1,6% azdır.

Chosen
67
az.trend.az

1Sources