EN

“Polşaya uçan dronlarla əlaqəmiz yoxdur”

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Polşa və Litva üzərində uçan pilotsuz təyyarələrlə heç bir əlaqəsinin olmadığını bəyan edib.

Milli.Az xəbər verir ki, dövlət mükafatlarının təqdimetmə mərasimində çıxış edən Lukaşenko bildirib ki, Belarus bu cür hallara "sakit və müvafiq qaydada" cavab verir. O, Polşanı dron məsələsində "öz niyyətlərini izah etmədən açmağa" çağırıb.

Xatırladaq ki, sentyabrın 10-da Polşa hökumət binası üzərində "çoxsaylı" dronlar aşkar edilərək vurulub. Polşanın baş naziri Donald Tusk onların "rus mənşəli" olduğunu açıqlamışdı. Belarus isə məlumatı Polşaya vaxtında ötürdüyünü və bu sayədə hava qüvvələrinin hərəkətə keçdiyini bildirib.

Sentyabrın 15-də isə dron yenidən Varşava hökumət binalarının üzərindən uçub və atəş açılmadan zərərsizləşdirilib.

Fidan
Milli.Az

Chosen
19
milli.az

1Sources