Fransada solçular yeni baş nazir Lekornu ilə hökumət qurmaqdan çəkinirlər
Fransada solçular ötən həftə sağ mərkəzçi hökumətin dağılmasından sonra təyin olunan yeni baş nazir Sebastien Lecornu ilə hökumət qurmaqdan çəkinirlər.
Fransada 8 sentyabrda etimad səsi ala bilməyən sağ mərkəzçi Fransua Bayru hökumətinin süqutundan sonra sentyabrın 9-da yeni baş nazir vəzifəsinə təyin olunan Lekornunun kabinetində hansı partiya üzvlərinin yer alacağı maraqla gözlənilir.
Lecornu 2026-cı il büdcəsini hazırlamaq və hökumətinin dağılmasının qarşısını almaq üçün həftənin əvvəlindən bəri Parlamentdəki müxtəlif siyasi partiyalarla görüşlər keçirir.
Baş nazir Lekornunun sabah sosialistlər, ekoloqlar, kommunistlər və ifrat sağçı rəsmilərlə görüşü gözlənilir.
Parlamentdə ən çox yerə sahib olan solçu Yeni Xalq Cəbhəsi (NFP) ittifaqının ən böyük partiyası olan “Yalmaz Fransa”nın (LFI) Qrup sədr müavini Mathilde Panot Parisdə partiyasının həftəlik mətbuat konfransında ölkənin cari işlərindən danışıb.
Panot Lecornunun dünən gec saatlarda onlara zəng etdiyini və prezident Emmanuel Makron tərəfdarları ilə danışıqlar aparacaq heç bir şeylərinin olmadığını bildirərək sabah onları Baş Nazirlikdə görüşməyə dəvət etdiyini açıqlayıb.
Panot, Lecornunun parlamentin etimad səsverməsinə tabe olmasını tələb etdi və bildirdi ki, Baş nazir bunu edə bilməsə, hökumət yeni qanunvericilik sessiyasının əvvəlində yıxılacaq.
Bu arada hakim partiyanın potensial hökumət tərəfdaşları arasında yer alan sosialistlər Lekornunun kabinetində xidmət etməyəcəklərini açıqlayıblar.
Fransanın BFMTV kanalının məlumatına görə, Sosialist Partiyası (PS) keçirdiyi mətbuat konfransında heç bir partiya üzvünün Lekornu hökumətinin tərkibində olmayacağını açıqlayıb.
Daha ədalətli vergi sistemi tələb edən sosialistlər sosial və ekoloji tələblərini müzakirə etmək üçün sabah baş nazirlikdə keçiriləcək toplantıya qatılacaqlarını bildiriblər.
Sosialistlər danışıqların nəticəsiz qalacağı təqdirdə yeni hökuməti devirə biləcəklərinə diqqət çəkib və hökumətə qarşı yeni etimadsızlıq aksiyasından qorxmadıqlarını bildiriblər.
aia.az
Tərcümə şöbəsi