EN

Azərbaycan İtaliyaya neft ixracını 48 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan İtaliyaya 9 milyon 198 min 216,58 ton xam neft ixrac edilib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 4 milyard 801 milyon 518,97 min ABŞ dolları təşkil edib.

Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə 47,7 %, dəyəri isə 21,8 % artıb.

Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 57,76 % olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyard 396 milyon 005,89 min ABŞ dolları dəyərində 15 milyon 924 min 752,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. 

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 32 milyard 118 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 17 milyard 65 milyon ABŞ dolları ixracın, 15 milyard 53 milyon ABŞ dolları isə idxalın payına düşüb.

"Cebheinfo.az" 

Chosen
12
4
cebheinfo.az

10Sources