EN

Cəlilabadda şagirdin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - YENİLƏNDİ

CƏLİLABAD, 16 sentyabr. TELEQRAF

Cəlilabad rayonunda məktəblinin qətl edilməsi ilə bağlı cinayət işi başlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki ,sentyabrın 16-da yetkinlik yaşına çatmayan N.M-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır

***

15:24

Cəlilabad rayonu Xəlilabad kənd tam orta məktəbinin XI sinif şagirdi sinif yoldaşına ağır xəsarət yetirib, nəticədə şagird həyatını itirib.

Teleqraf-a məktəbdən verilən məlumata görə, hər iki şagird məktəbə qonşu kəndlərdən gəlir və onlar eyni sinifdə təhsil alıblar.

“Onlar əvvəlki illərdə də bizim məktəbdə birgə oxuyublar. Hadisə baş verən kimi məktəb rəhbərliyi olaraq dərhal hüquq-mühafizə orqanlarına və təcili tibbi yardıma məlumat verdik”, – məktəbdən bildirilib.

Şəbnəm Zahir

***

15:34

Cəlilabad rayonu Xəlilabad kənd tam orta ümumtəhsil məktəbində bıçaqlanma hadisəsi olub, 11-ci sinif şagirdi ölüb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, 16 yaşlı Kənan İmzanzadə ilə sinif yoldaşı arasında mübahisə baş verib, sonuncu bıçağa əl atıb.

Yaralı məktəbli xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, K.İmzanzadə ürək nahiyəsindən aldığı bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verdiyi ilə bağlı araşdırmalar aparılır.

Chosen
23
teleqraf.com

1Sources