EN

Ryabkov: ABŞ-ı “dost olmayan ölkələr” siyahısından çıxarmaq üçün əsas yoxdur

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, hazırda ABŞ-ı “dost olmayan ölkələr” siyahısından çıxarmaq üçün əsas yoxdur, Moskva və Vaşinqton “yolun başlanğıcındadır”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Diplomat qeyd edib ki, Rusiya və ABŞ münasibətlərində gərginliyi aradan qaldırmaq məsələsində indi müəyyən durğunluq müşahidə olunur.

“Vaşinqtonun bu istiqamətdə müəyyən siyasi iradə göstərdiyini görürük, amma nəticələr kifayət etmir, o cümlədən ikitərəfli sahədə də, ilkin nailiyyətlərdən sonra qarşılıqlı gərginliyi aradan qaldırmaq yolunda indi durğunluq yaşanır və onunla məşğul olmaq lazımdır”, – Ryabkov bildirib.

O əlavə edib ki, bu sadəcə niyyətlə real nəticə arasındakı uzun yolu göstərir. Ryabkov vurğulayıb ki, bu məsələdə səylə işləməyə davam olunacaq və ABŞ tərəfinin Moskva ilə dialoqu davam etdirməyə hazır olduğunu qeyd etməsi müsbət haldır.

Chosen
67
nocomment.az

1Sources