EN

Qəzza şəhərinin ələ keçirilməsi bir neçə ay çəkə bilər

Qəzza şəhərinin tam ələ keçirilməsi İsrail hərbçilərinə bir neçə ay çəkəcək və onu təmizləmək üçün daha bir neçə ay lazım olacaq.

Ucnoqta.az xəbər verir ki, belə bir açıqlamanı İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi briqada generalı Efi Defrin verib.

"Biz başa düşürük ki, bütün şəhəri ələ keçirmək üçün bir neçə ay, Qəzza şəhərində isə bütün terror infrastrukturunu təmizləmək üçün daha bir neçə ay lazım olacaq", - o, brifinqdə deyib.

Chosen
7
ucnoqta.az

1Sources