EN

Əfsanənin oğlu cinayət məsuliyyətindən yayındı

Altıqat NBA çempionu Maykl Cordanın oğlu Markus Cordan cinayət məsuliyyətindən yayınıb.

Publika.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

O, sərxoş halda maşın sürmək, kokain saxlamaq və polisə müqavimət göstərməkdə ittiham olunurdu.

Hadisə fevralda baş verib. Markus öz “Lamborghini” avtomobili ilə dəmir yolu xəttində ilişib qalıb. Saxlanılarkən o, sərxoş vəziyyətdə olub və atasının kimliyini xatırladaraq polis əməkdaşlarını təhqir edib. Həmçinin ona narkotik saxlamaq ittihamı da irəli sürülüb.

Chosen
6
publika.az

1Sources