EN

Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanıldı

Paytaxtın Nizami rayonunda 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünü döyən şəxsi polis saxlayıb.

News24.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli "Qafqazinfo"ya bildirib ki, 25 yaşlı Elşən Səmədzadə məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam edir.

Xatırladaq ki, ötən gün 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Qafarov Kamran Azər oğlu sərnişin tərəfindən döyülüb.

İddiaya görə, insident sürücünün sərnişindən ödəniş etməsi tələbindən sonra baş verib.


Chosen
72
33
news24.az

10Sources