Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
90deqiqe.Az xəbər verir ki, o, sentyabrın 18-də keçiriləcək Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində "Kopenhagen" (Danimarka) – "Bayer 04" (Almaniya) qarşılaşmasını idarə edəcək.
Ağayevə bu oyunda Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.