EN

Süni intellekt siyasi partiyaya rəhbərlik edəcək

Süni intellekt (AI) Yaponiyanın “Dirçəlişə aparan yol” siyasi partiyasının yeni lideri olacaq.

Demokrat.az xəbər verir ki, bu haqda France-Presse məlumat yayıb. 

Jurnalistlərin məlumatına görə, partiyanın əvvəlki rəhbəri Şinji İşimaru iyulda Yaponiya parlamentinin yuxarı palatasına keçirilən seçkilərdə birləşmənin uğursuz nəticələrinə görə istefa verib. Ondan sonra  səlahiyyətlərini süni intellektə təhvil verməyə qərar verən 25 yaşlı aspirant Koki Okumura seçilib. Tələbə özü yeni rəhbərin köməkçisi kimi çıxış edəcək.Okumura əlavə edib ki, süni intellektin partiyanın işinə necə tətbiq ediləcəyi ilə bağlı detallar hələ müəyyən edilməyib. 


Əfsanə Kamal
Demokrat.az
Chosen
15
1
demokrat.az

2Sources