EN

İran yenə hədəfdə: Tehrana qarşı növbəti addım bu olacaq

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ 4 fiziki şəxs və 12 şirkətə qarşı sanksiya tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin saytı xəbər verir ki, bütün şəxslər İran vətəndaşlarıdır. Onlardan ikisi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəlidir.

Globalinfo.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Con Hurley deyib:

“İranın bəzi qurumları sanksiyalardan yan keçmək və milyonlarla vəsaiti beynəlxalq maliyyə sistemi vasitəsilə köçürmək üçün kölgə bank şəbəkələrinə güvənirlər. Ancaq Vaşinqton İranın silah proqramlarını və Yaxın Şərqdəki fəaliyyətini dəstəkləyən əsas maliyyə axınlarını bloklamaqda davam edəcək”, – Hurley vurğulayıb.

İdarənin məlumatına görə, sanksiya siyahısına daxil edilən Araş Estaki Əlivənd və Əlirza Deraxşan İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olub. Daha iki şəxs sanksiyaya məruz qalmış BƏƏ-də yerləşən “Alpa Trading – FZCO” ilə əlaqədə şübhəli bilinir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
globalinfo.az

1Sources