EN

Yer kürəsinin ən qədim mumiyaları tapıldı

Kopenhagen Universitetindən olan danimarkalı tədqiqatçılar, Misir və Latın Amerikasındakılardan daha qədim mumiyalanmış dəfnlər aşkar ediblər.

Publıika.az xəbər verir ki, bu barədə onlar PNAS jurnalında dərc olunmuş məqalədə məlumat veriblər.

“Mumiyalanmış bu dəfnlərin ən qədimləri (Cənubi Çin və Cənub-Şərqi Asiyada) Çinçorro mədəniyyətinin (Şimali Çili) və Qədim Misirin (Qədim Krallıq) mumiyalanma ənənələrindən daha əvvələ aiddir. Cənub-Şərqi Asiyadan tapılan dəfn nümunələri, Yeni Qvineya və Avstraliyanın yerli xalqları ilə əlaqəli olan ovçu-toplayıcı icmalar arasında 10 000 ildən artıq müddətdə qorunub saxlanılan mədəni inanclar və dəfn praktikasının heyrətamiz davamlılığını vurğulayır,” – deyə elmi məqalənin müəllifləri yazırlar.

54 dəfnin araşdırılması insan qalıqlarının tüstü və aşağı temperaturla işlənməsi ilə bağlı oxşar izləri ortaya qoyub. Eyni zamanda, qeyd olunub ki, dəfn pozaları olduqca qeyri-adi formalarla – güclü bükülmə və ya ətrafların bağlanması ilə fərqlənir.

“Bükülmüş, deformasiyaya uğramış və bəzən qismən yandırılmış dəfn nümunələrinə Şimali Vyetnam, Saravak, Yava adasının cənubu və Palavanın şimalında (Filippin) yerləşən arxeoloji abidələrdə də rast gəlinmişdir,” – deyə danimarkalı alimlər bildirirlər.

Chosen
4
publika.az

1Sources