EN

“Azəryol” – “Union Kornoyburq” oyunlarının hakimləri müəyyənləşdi

Qadın həndbolçulardan ibarət “Azəryol” komandasının Avropa Kubokunun II təsnifat mərhələsində Avstriyanın “Union Kornoyburq” klubu ilə keçirəcəyi oyunları idarə edəcək hakimlərin adları açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, görüşləri litvalı referilər – Karolis Lukosevisius və Tadas Virkutis idarə edəcəklər.

Qarşılaşmalar oktyabrın 4-5-də Kornoyburq şəhərində yerləşən Frans Quggenberger İdman Zalında keçiriləcək.

Chosen
25
90deqiqe.az

1Sources