EN

“TikTok”la bağlı razılığa gəldilər

 

Amerika Birləşmiş Ştatları “TikTok” sosial şəbəkəsi ilə bağlı Çinlə razılığa gəlib. 

Sitat.info  xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya getməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“TikTok”la bağlı razılaşmamız var. Mən Çinlə razılığa gəldim”, - Ağ Evin rəhbəri bildirib. Tramp razılaşmanın təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, ABŞ Ali Məhkəməsi “TikTok”un ölkədə bloklanması ilə bağlı qərar qəbul edib.

 

Chosen
49
4
sitat.info

5Sources