UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə "Qarabağ" komandaları arasında keçirilən oyunda hesab açılıb.
Modern.az xəbər verir ki, Lissabon şəhərindəki “Da Luş" stadionunda təşkil olunan görüşün 6-cı dəqiqəsində rəqibin heyətində Entso Barrenеçеа fərqlənib.
***
23:00
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə “Qarabağ” komandaları arasında keçirilən oyun başlayıb.
Modern.az xəbər verir ki, Lissabon şəhərindəki “Da Luş” stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Matçı belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.