Gəncədə bıçaqlanma hadisəsi baş verib...
APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 2005-ci il təvəllüdlü K. Zamanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat olunub, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Məlumata görə, K. Zamanov tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Hadisənin səbəbləri araşdırılır.
Poliqon.info