1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə dörd nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Bəylər kəndi ərazisində qeydə alınıb.
Belə ki, "KamAZ" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində Beyləqan rayon sakinləri - 1982-ci il təvəllüdlü Fuad Babayev, 1988-ci il təvəllüdlü Əli Hüseynov, 1982-ci il təvəllüdlü Ramil Qasımov və 1987-ci il təvəllüdlü Rahib Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.