Rusiyanın Adıgey vilayətinin Taxtamukayski rayon məhkəməsi Kozet kəndindəki məscidin yaxınlığına donuz başı atmaqda şübhəli bilinən 43 yaşlı kişini 60 sutka həbs edib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Adıgey məhkəmələrinin mətbuat xidməti öz Teleqram kanalında məlumat yayıb
Şübhəli şəxs barəsində dindarların hisslərini təhqir etdiyinə görə cinayət işi açılıb.