Xəbər verdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Lissabonda “Benfika”nın qonağı olan ağdamlılar hesabda geri düşsə də, sonda əzmkar qələbəyə sevinib - 3:2.
Qurban Qurbanovun komandasının qələbəsi yerli azarkeşləri özündən çıxarıb.
Gözlənilməz məğlubiyyətlə üzləşən portuqaliyalı azarkeşlər ağ bayraq qaldırıb. Bu, həm də baş məşqçinin istefaya səsləmək deməkdir.