
Bir neçə il əvvəl o qədər də populyar olmayan, həftəlik “Yeni qəzet”in baş redaktoru olaraq monopoliya problemi ilə bağlı Gürcüstan hökumətinə elektron müraciət etmişdim.
Müraciətin konkret səbəbi nə idi ?
Deməli, bir neçə şəxs Gürcüstandan Azərbaycana ucuz qiymətə gətirilən iri və xırda buynuzlu heyvanların idxalını öz inhisarına ( monopoliya ) almışdı. Hansı sahibkar Gürcüstandan mal-qara gətirmək istəsə, hər qoyuna görə 50 dollar, hər iri buynyzlu heyvana görə monopolistə 100 dollar verməlidir. Əks halda sahibkarın gətirdiyi heyvanlar gömrük postundan buraxılmır və heyvanlar günlərlə ac-susuz qalıb tələf olurdu.
Nəticədə Azərbaycanda ətin qiyməti dəfələrlə baha qiymətə satılırdı və kasıb təbəqə üçün əlçatmaz olurdu, cəmiyyətdə narazılıq yaranırdı.
Biz bir media qurumu olaraq bu araşdırma yazısını rus dilinə tərcümə edərək Gürcüstan hökümətinə elektron müraciət etdik.
Heç gözləmədiyimiz halda bir həftə sonra Gürcüstan Maliyyə polisinin rəisi cənab Biranidze redaksiyamıza elektron qaydada rəsmi cavab verdi.
Biranidze cavab məktubunda qeyd edirdi ki, müraciətinizlə bağlı Gürcüstan Maliyyə polisi əməliyyat keçirib və yazdıqlarınız öz təsdiqini tapıb. Nəticədə yazıda adları qeyd olunan şəxslər tərəfimizdən saxlanılıb.
Bunu nə üçün xatırladım ?
Deməli, xeyli müddətdir ki, NUH.az saytı olaraq Rusiyada fəaliyyət göstərən “Dana monopolistləri” ilə bağlı araşdırma yazıları dərc edirik, tədbir görülməsi üçün müvafiq dövlət qurumlarımıza müraciət edirik. Amma ortada konkret nəticə yoxdur, hələ üstəlik bizə hədə-qorxu da gəlirlər ki, bilirsiniz O-nun dalında kim(lər) durur ?
Xatırlatmaq istəyirəm ki, cənab Prezident dəfələrlə inhisarçılığı iqtisadiyyatın QARA YARASI adlandırıb və süni qiymət artıranların ünvanına NATƏMİZ, İŞBAZLAR deyib. Amma müvafiq dövlət qurumları konkret tədbir görmür.
Məlumdur ki, bazar iqtisadiyyatında QİYMƏTİ TƏLƏB və TƏKLİF müəyyən edir.
İnhisarçılar isə bazarı TƏK ƏLDƏ cəmləşdirib qiyməti diqtə edir, qiymətləri dəfələrlə süni şəkildə şişirdirlər.
Belə inhisarçılardan biri də özünü diaspora rəhbəri kimi təqdim edən, əslində dana-mal-qara monopolisti olan Rusiya vətəndaşı, Belqorod şəhərinin sakini Teyyub Hüseynovdur.
Teyyub Hüseynovla bağlı Rusiya mediasında və qardaş Türkiyə mətbuatında yazılan rüsvayçı yazıları bir kənara qoyub konkret mövzuya- Teyyub Hüseynovun şəbəkəsinin RÜŞVƏT MEXANİZMİNƏ nəzər salaq.
Bu monoploist şəbəkə hər ay 200-dən artıq yük maşını ilə ölkəyə mal-qara gətirir. Teyyub Hüseynov deyir ki, gətirilən məhsullar ancaq RETRO şirkətinə verilir.
Yeri gəlmişkən, Teyyub Hüseynov onun icazəsi ilə Rusiyadan Azərbaycana iri buynuzlu mal-qara, dana gətirən sahibkarlara deyir ki, mallar ancaq Azərbaycandakı RETRO şirkətinin adına göndərilə bilər, başqa heç bir şirkətə olmaz. Guya Teyyub Hüseynovla RETRO şirkəti arasında müqavilə var. Teyyub Hüseynovun tez-tez RETRO şirkətinin adını hallandırması da səbəbsiz deyil. Görəsən RETRO şirkətinin rəhbərliyinin Teyyubun əməllərindən xəbəri varmı?
Bəli, RETRO şirkətinin hüquqşünası redaksiyamıza bir neçə dəfə zəng edərək Teyyub Hüseynov barədə fikirlərini bildirdi. ( Bu barədə növbəti yazıda ).
Yeri gəlmişkən, Teyyub Hüseynovun biznes şəriki “Laçınlı Dadaş” Şükürovla aralarında ciddi konflikt yaranıb.
Sözün qısası, Bakıda, ümumiyyətlə, Azərbaycanda ət bahalaşan kimi yada Teyyub Hüseynov düşür.
Teyyub Hüseynovun dana biznesi ilə bağlı araşdırmamız davam edir.
Bizi izləyin.