"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda səfərdə "Benfika"nı 3:2 hesabı ilə məğlub edərək tarixi zəfər qazanıb.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Benfika"nın baş məşqçisi Bruno Laje oyun haqda fikirlərini bölüşüb:
"Oyuna yaxşı başlamışdıq. İlk qolu buraxdıqdan sonra nəzarəti itirdik. Məğlubiyyətin səbəbini izah etmək çətindir. Bu, bizim istədiyimiz nəticə deyildi. Fikrimcə, bu məğlubiyyət bizə dərs olmalıdır və toparlanmalıyıq.
saytlarin hazirlanmasi