Bakı. Trend:
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarının 19-cu paketinəkriptovalyutalar, banklar və enerji sektoru ilə bağlı tədbirlərdaxil olunacaq.
Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının sədriUrsula fon der Leyen "X" sosial şəbəkəsində yazıb.
"Avropa Komissiyası tezliklə kriptovalyutaları, bankları vəenergetika sahələrinə yönələn 19-cu [anti-Rusiya] sanksiyalarpaketini təqdim edəcək", - deyə o bildirib.
Onun sözlərinə görə, Brüssel həmçinin "Rusiya yanacağınınidxalından imtina prosesini sürətləndirəcək".
Avropa Komissiyası rəhbəri ABŞ prezidenti Donald Trampla telefondanışığı barədə də məlumat verib, o, onunla “Rusiyaya qarşıiqtisadi tədbirlər”in tətbiqini müzakirə edib.