AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ"ı Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” üzərində 3:2 hesablı səfər qələbəsi qazanması münasibətilə təbrik edib.
Sportinfo.az xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib:
“UEFA Çempionlar Liqasının Liqa mərhələsinə möhtəşəm qələbə ilə başlayan “Qarabağ” Futbol Klubunu ürəkdən təbrik edirəm. Komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıram. Təbriklər!!!”