EN

Mançester derbilərində yeni dövr: Holand rekorda doğru irəliləyir

ain.az, Fanat portalına istinadən məlumat yayır.

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holand tarixə düşüb.

Fanat.Az xəbər verir ki, superulduz "Mançester" derbilərində indiyədək ən çox fərqlənən ikinci futbolçu olub.

Rəqəmlərə görə, Holand cəmi 6 matçda 11 qol vuraraq, siyahıda bir çox əfsanəvi hücumçunu geridə qoyub.

Onu yalnız “Mançester Yunayted” əfsanəsi Rayan Giqs qabaqlayır – uelsli oyunçu 29 qarşılaşmada 13 dəfə fərqlənib.

Siyahının davamında isə Erik Kantona (10 qol, 6 matç), Ueyn Runi (9 qol, 21 matç) və Serxio Aquero (8 qol, 13 matç) yer alır.

Cəmi bir neçə derbidə çıxış edən Haalandın bu göstəriciyə çatması onun məhsuldarlığının bir daha təsdiqidir.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
3
fanat.az

4Sources