EN

Hər gün soğan yeyin - Xəstəliklərə qarşı qoruyucu güc

Mütəxəssislərin sözlərinə görə, gündəlik qidalanmada tez-tez istifadə olunan soğan təkcə yeməklərə dad qatmır, həm də ürək və damar sağlamlığını qorumaqda mühüm rol oynayır.

Milli.Az xəbər verir ki, araşdırmalar göstərir ki, soğanın tərkibindəki antioksidantlar, flavonoidlər və kükürd birləşmələri qan dövranını yaxşılaşdırır, xolesterin səviyyəsini balansda saxlayır və damarların elastikliyini artırır.

Qanı duruldur, tromb yaranmasının qarşısını alır.
Xolesterini salaraq ürək-damar xəstəlikləri riskini azaldır.
Güclü iltihabəleyhinə təsir göstərir.
İmmuniteti gücləndirir və orqanizmi sərbəst radikallardan qoruyur.

Mütəxəssis əlavə edib ki, soğandan müntəzəm istifadə təkcə ürək və qan damarlarına müsbət təsir göstərmir, həm də qanda şəkərin səviyyəsini nəzarətdə saxlamağa yardım edir. Bu isə diabet xəstələri üçün xüsusilə faydalı ola bilər.

Mütəxəssislər soğanın xüsusilə çiy halda daha çox fayda verdiyini vurğulayır. Salatlarda, sirkəli qarışıqlarda və ya yeməklərlə birlikdə qəbul edilməsi tövsiyə olunur.

Milli.Az

Chosen
40
2
milli.az

10Sources