EN

Kamilo Duran: "Bunun asan olmayacağını bilirdik"

"Bu qələbəyə sevinirik. Xoşbəxtlikdən qol vurmağı bacardım".

İdman.biz bildirir ki, bu sözləri UEFA Çempionları Liqasında ümumi mərhələnin ilk turunda "Benfika" ilə qələbəylə (3:2) bitən oyunundan sonra "Qarabağ"ın oyunçusu Kamilo Duran deyib.

"Bunun asan olmayacağını bilirdik, amma çox çalışdıq və üç xal qazandıq. Oyuna bir az diqqətsiz başladıq, 0:2 hesabı ilə uduzurduq, amma təslim olmadıq. Həmişə hücumda oynamağa çalışdıq və lazım olan qələbəni qazandıq", - Duran bildirib.

İdman.biz

Chosen
9
2
idman.biz

5Sources