EN

Bundan sonra avtobus ödənişləri belə ola bilər Azərbaycanda İLK

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Bir neçə gün əvvəl Bakıda 17 nömrəli avtobusda ödəniş aparatında nasazlığın olması müzakirələrə yol açıb. Hadisənin ardınca bir sıra məsələlər gündəmə gətirilib. Onlardan biri də nağd ödənişlərlə bağlıdır. Belə ki, sözügedən durum elektron xidmətlərin etibarlılığı ilə bağlı suallar yaradıb.

Avtobuslarda nağd ödəniş dövrü geri qayıtmalıdırmı?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, nağdsız ödəniş sistemi Azərbaycanda ilk dəfə 2006-cı ildə metroda tətbiq olunub:

“2015-ci ildən etibarən “BakıKart” vasitəsilə metro və avtobuslarda vahid inteqrasiya olunmuş ödəniş sistemi yaradılıb. Sonrakı illərdə isə QR biletlə gedişhaqqı vermək imkanı əlavə edilib. Gələcəkdə bu sistemin bank kartları ilə tam inteqrasiyası və digər ödəniş üsullarına keçidin asanlaşdırılması məqsədəuyğundur. Ödəniş üsullarının müxtəlifliyi riskləri azaldır və hər hansı texniki problem yarandıqda alternativdən istifadəni mümkün edir”.

Rauf Ağamirzəyev

Ekspert qeyd edib ki, ictimai nəqliyyatda “Brutto müqavilə”lərin tətbiqi vacibdir:

“Bu model hər kilometrə subsidiya ayrılmasını təmin edir və nəticədə bir nəqliyyat növündən digərinə pulsuz keçid, güzəştli bilet paketləri, eləcə də gündəlik, həftəlik, aylıq, yarımillik və illik abunə biletlərin tətbiqi üçün şərait yaradır. Artıq Azərbaycanda bu sahədə ilk addım Gəncədə atılıb. Belə ki, 16 sentyabrdan etibarən ikinci böyük şəhərimizdə “CityCard” ödəniş kartını əldə etmək mümkündür. Bununla da istifadəçilər balansı onlayn artıra, QR kodla ödəniş edə bilirlər. Beləliklə, Gəncə vahid və müxtəlif ödəniş paketlərinin təqdim olunduğu ilk şəhərimiz olub. Bu təcrübənin Bakı və digər şəhərlərdə də genişləndirilməsi zəruridir”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
46
3
globalinfo.az

4Sources