ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa prokurorluğu mədəniyyət naziri Raşida Datinin bəyan edilməmiş zinət əşyaları ilə bağlı araşdırmaya başlayıb.
Lent.az xəbər verir ki, bu barədə prokurorluq AFP-yə məlumat verib.
Apreldə Fransanın “Liberation” qəzeti yazmışdı ki, Dati hökumətdə fəaliyyətə başladıqdan sonra ümumi dəyəri 420 min avro olan zinət əşyaları və saatları bəyan etməyib.
Prokurorluq AFP-yə şərhində bildirib ki, “mümkün hüquq pozuntusu, yənizinət əşyalarının bəyan edilməməsi ilə bağlı yayılan məlumatlardan sonra istintaq başlanıb”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.