EN

ABŞ müşahidəçiləri Rusiyanın hərbi təlimlərində... - Şok

Rusiyanın iştirakı ilə Belarusda keçirilən “Qərb-2025” birgə hərbi təlimlərində amerikalı hərbi müşahidəçilərin iştirakı diqqət çəkib.

Axar.az xəbər verir ki, bu barədə ”Nyu York Tayms” məlumat yayıb.

Nəşr yazır ki, iki ABŞ nümayəndəsinin Minskdə görünməsi gözlənilməz addım olub. Qəzetin müxbiri Valeri Hopkins qeyd edib ki, bu hadisə Polşada pilotsuz təyyarə insidentindən sonra Rusiya ilə NATO arasında artan gərginlik fonunda baş verib.

Məlumata görə, Belarus Vaşinqtonla münasibətləri normallaşdırmaq istəyir və ABŞ Prezidenti Donald Trampın administrasiyası bu yanaşmaya açıqdır.

Qeyd edək ki, “Qərb-2025” çərçivəsində Rusiya və Belarus hərbçiləri nüvə silahından istifadə ssenarisini sınaqdan keçirib, döyüş şəraitində isə PUA-lardan aktiv yararlanıblar.

Chosen
34
1
axar.az

2Sources