EN

“Benfika”nın baş məşqçisi: Bu, istədiyimiz nəticə deyildi

Bu, istədiyimiz nəticə deyildi. SİA xəbər verir ki, bu sözləri Portuqaliyanın "Benfika" komandasının baş məşqçisi Brunu Laje UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ"a 2:3 hesabı ilə uduzduqları I tur oyunundan sonra deyib.

O, oyuna çox yaxşı başladıqları bildirib: "Çox yaxşı 30 dəqiqə oynadıq, amma hiss etdim ki, rəqibin ilk qolunu buraxmağımız bizə bir az çətinlik yaratdı. Komanda daha sonra oyunda qalmaqda çətinlik çəkdi. Düşünürəm ki, iki qol buraxmaq bizə çox pis təsir etdi".

Chosen
6
2
sia.az

3Sources